Ukrayna Həştərxan qaz emalı zavoduna zərbə endirdi

Ukrayna Həştərxan qaz emalı zavoduna zərbə endirdi
15.12.2025 23:40 Dünya

Ukrayna Müdafiə Qüvvələri Həştərxan qaz emalı zavoduna uğurlu zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

Zərbə nəticəsində partlayışlar və yanğın qeydə alınıb. Bu barədə APU-nun Baş Qərargahının Telegram-dakı məlumatında deyilir.

“Dekabrın 15-nə keçən gecə düşmənin partlayıcı maddələr istehsal etmək imkanlarını azaltmaq üçün Ukrayna Müdafiə Qüvvələri düşmənin strateji obyektini – Həştərxan qaz emalı zavodunu uğurla vurub”, - məlumatda deyilir.

Həştərxan qaz emalı zavodu Rusiyanın neft və qaz sənayesinin əsas müəssisələrindən biridir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər