Ukrayna 2027-ci ildə Aİ-yə daxil ola bilər

Dünya

10.12.2025 15:15

ABŞ Prezidenti Donald Trampın sülh planının hazırkı variantında Ukraynanın 2027-ci ildə Avropa İttifaqına üzv olması nəzərdə tutulur.

TodayPress TV "The Washington Post"a istinadən xəbər verir ki, məlumat Amerika və Ukrayna rəsmilərinə istinadla yayılıb.

Qəzet qeyd edir ki, Ukraynanın Aİ-yə sürətlə qəbul olunması bəzi üzv ölkələri, xüsusən də Macarıstanı narahat edir. Bununla belə, Tramp administrasiyası bu etirazların aradan qaldırıla biləcəyinə inanır.

WP-nin qiymətləndirməsinə görə, Aİ üzvlüyü Ukraynada ticarət və investisiyaların artmasına, həmçinin korrupsiyanın azalmasına səbəb ola bilər.

Sülh planının yeni variantında atəşkəsin elan olunması, ərazi mübadiləsi və Donbasdan Xersona qədər təmas xətti boyunca silahsızlaşdırılmış zona yaradılması da yer alır. Bundan əlavə, ağır silahların qadağan ediləcəyi ayrıca bir zona da nəzərdə tutulur. Rusiya–Ukrayna sərhədinin dəqiq xətti isə hələ müzakirə olunur.

Plan çərçivəsində Zaporojjya Atom Elektrik Stansiyasına ABŞ-nin nəzarət edə biləcəyi, Ukraynanın isə NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri alacağı bildirilir. Həmçinin Ukrayna ordusunun sayının 600–800 min nəfərlə məhdudlaşdırılması müzakirə olunur.

Jalə Rövşən 

TodayPress TV

tag: Ukrayna,Nato ,Aİ,Donald Tramp ,Todaypress.tv,