Türkiyənin Aİ-yə üzvlük məsələsi gündəmdə - Almaniyanın dəstəyi nəyi dəyişəcək?

Dünya

18.05.2026 20:15

Almaniya hökuməti Türkiyənin Avropa İttifaqı (Aİ) ilə daha da yaxınlaşmasını dəstəkləməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Berlində türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Əgər Türkiyə Avropa İttifaqına daxil olmaq istəsə, Almaniyanın şəxsində dost və etibarlı bir tərəfdaş tapacaq", - deyə Almaniya XİN rəhbəri bildirib.

Eyni zamanda o vurğulayıb ki, İttifaqa üzvlüklə bağlı bütün zəruri kriteriyalara cavab vermək lazımdır. Vadeful Türkiyənin birliyə üzv olmaq istəyini "yaxşı siqnal" adlandırıb.

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya ,Türkiyə,Avropa İttifaqı ,Hakan Fidan,TodayPress TV,