Türkiyə gəmisi bir ölkəni qaranlıqdan xilas etdi

Dünya

13.05.2026 10:05

Qana sahillərində lövbər salmış tək bir Türkiyə gəmisi ölkənin elektrik enerjisi tələbatının mühüm hissəsini qarşılayır.

TodayPress TV xəbər verir ki, "Karpowership" şirkətinə məxsus MV Karadeniz Powership Osman Khan adlı üzən elektrik stansiyası 2017-ci ildən bəri Qananın enerji sistemində vacib rol oynayır.

299 metr uzunluğunda olan bu nəhəng gəmi 470-480 MVt-a qədər enerji istehsal etmək qabiliyyətinə malikdir. Uzun illər ərzində ölkənin ümumi elektrik enerjisinin 20-26%-ni təmin edərək, enerji qıtlığı problemini aradan qaldırmağa kömək göstərib. Gəmi əvvəlcə ağır yanacaqla, sonra isə yerli təbii qazla işləyərək daha səmərəli və ekoloji cəhətdən nisbətən təmiz enerji istehsal edir. 

Qeyd edək ki, illərdir Qanada yeni böyük elektrik stansiyalarının tikintisi ilə bağlı ciddi irəliləyiş qeydə alınmayıb. Bu səbəbdən Türkiyənin mobil və sürətli həll təklif edən “powership” texnologiyası ölkə üçün həyati vacib alternativə çevrilib.

10 illik müqavilə çərçivəsində fəaliyyət göstərən gəmi Qananın enerji təhlükəsizliyində mühüm töhfə verir.Türkiyənin bu innovativ layihəsi Afrika ölkələrində enerji böhranının həllində nümunəvi model kimi diqqət çəkir. Osman Khan gəmisi hazırda da Qana sahillərində etibarlı enerji mənbəyi kimi xidmətini davam göstərir.

Jalə Rövşən 

TodayPress TV

tag: Türkiyə ,Qana ,Afrika,Elektrik ,Todaypress.tv,