Türkiyə ərazisinə dron düşdü
Türkiyənin Samsun şəhərinin ərazisinə naməlum mənşəli dron düşüb.
TodayPress TV DHA-ya istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı Kazım Karabekir rayonundakı küçələrdən birinə düşüb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
İlkin araşdırmalar nəticəsində düşən cismin qanad və quyruğu təxminən 1 metr olan PUA olduğu məlum olub.
Zərbənin təsirindən PUA parçalanıb, yaxınlıqdakı iki binanın damlarına və pəncərələrinə zərər dəyib. Heç kim xəsarət almayıb.
Polis PUA-nın kimə aid olduğunu və hansı məqsədlə istifadə edildiyini araşdırır. Ərazidə təhlükəsizlik tədbirləri görülüb və parçalanmış dron yoxlama üçün polis bölməsinə aparılıb.