Trampın Yaxın Şərq turnesi: “Amerikanın qızıl dövrü” bölgəyə nə vəd edir?

Trampın Yaxın Şərq turnesi: “Amerikanın qızıl dövrü” bölgəyə nə vəd edir?
16.05.2025 14:53 Dünya

ABŞ prezidenti Donald Trampın “tarixi” adlandırılan Yaxın Şərq turnesi möhtəşəm səfər mərasimləri, yüz milyardlarla dollarlıq sazişlərlə yadda qalıb.

TodayPress TV xəbər verir ki, Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini əhatə edən səfəri, müşahidəçilərin fikrincə, Vaşinqtonun İsraillə fikir ayrılıqları fonunda ərəb ölkələri ilə yaxınlaşma xəttini gücləndirdiyini göstərib.

Trampın səfəri zamanı ABŞ-nin xarici ölkələrdən iki ay ərzində 10 trilyon dollarlıq investisiya cəlb etməyi planlaşdırdığı açıqlanıb. Səudiyyə Ərəbistanında Trampı kral ailəsinin üzvü, vəliəhd şahzadə Məhəmməd bin Salman şəxsən qarşılayıb. Bu, protokola görə nadir haldır. Səfər zamanı ABŞ və Səudiyyə Ərəbistanı arasında 300 milyard ABŞ dolları dəyərində ikitərəfli sazişlər imzalanıb. ABŞ-nin "OpenAI", "Nvidia", "Amazon", "Boeing" və digər nəhəng şirkətlərinin rəhbərləri də danışıqlarda iştirak edib.

Ən iri razılaşmalardan biri hərbi sahədə olub: iki ölkə 142 milyardlıq müdafiə sazişi bağlayıb. "DataVolt" şirkəti ABŞ-də enerji və data infrastrukturuna 20 milyard dollar investisiya yatıracağını, "GE Vernova" isə Səudiyyəyə qaz turbinləri tədarük edəcəyini açıqlayıb.

Tramp həmçinin Qətərdə 1,2 trilyon dollarlıq sazişlərə imza atıb. "Qatar Airways" "Boeing"dən 96 milyardlıq 210 müasir təyyarə alacaq. "General Atomics" və "Raytheon" şirkətləri də PUA və dronlara qarşı müdafiə sistemləri satacaq.

Səfər zamanı ABŞ və Suriya liderləri 25 ildən sonra ilk dəfə görüşüblər. Tramp Suriyanın İsraillə münasibətləri normallaşdırmasını və İŞİD-in yenidən formalaşmasının qarşısını almağı tələb edib. Əvəzində ABŞ Suriyaya qarşı sanksiyaları aradan qaldırdığını elan edib.

Ən diqqətçəkən məqam isə Trampın bu dəfə İsraili səfərdən kənarda saxlaması olub. "Financial Times" yazır ki, Tramp İsrailin Qəzza zolağında yeni hərbi əməliyyat planlarından narazıdır və bu səbəbdən onu İran və Səudiyyə Ərəbistanı ilə danışıqlardan kənarlaşdırıb. İsrailin regional məsələlərdə ABŞ ilə yanaşı hərəkət etməməsi Ağ Evdə qıcıq doğurur.

Səfər çərçivəsində Tramp həm də “Əbuhəmir Sazişləri”ni genişləndirmək niyyətində olduğunu bildirib. Lakin Səudiyyə Ərəbistanı hələlik İsraillə münasibətləri normallaşdırmağa hazır deyil. Buna əsas səbəb kimi Qəzzadakı toqquşmalar və Təl-Əvivin Fələstin dövlətini tanımaqdan imtinası göstərilir.

Trampın “qızıl dövr” vədi təkcə siyasi deyil, iqtisadi məqsədlərə də xidmət edir. ABŞ lideri Yaxın Şərqdəki zəngin ölkələrlə iqtisadi əməkdaşlıq fonunda xarici siyasətdə “Amerika birinci yerdədir” prinsipini bir daha nümayiş etdirməyə çalışır. Bununla belə, bəzi müşahidəçilər bildirir ki, ərəb ölkələrinin iqtisadi maraqları ilə Trampın seçki strategiyası uyğun gəlsə də, bölgədəki real siyasi problemlər: Qəzza, İran, Yəmən və Fələstin məsələləri hələlik ikinci plana keçib.

Trampın Qətərdən 400 milyonluq “Boeing 747” təyyarəsini hədiyyə olaraq qəbul etməsi ilə bağlı yayılan xəbərlər isə Vaşinqtonda mübahisə doğurub. Demokratlar bunu “şəxsi maraqlara xidmət edən diplomatiya” kimi qiymətləndiriblər. Tramp isə cavab olaraq bildirib ki, təyyarə şəxsən ona deyil, Pentaqona təqdim olunacaq.

Töhfə Səməd

XƏBƏR LENTİ
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Bütün Xəbərlər