Trampın səfəri sadəcə görüntü idi? Avropa mediası Çinin gizli "Putin" planını açdı!
Dünya
16.05.2026 13:52
Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampın Pekinə səfərindən dərhal sonra Çinə yollanması bu ölkənin xarici siyasətdə öz prioritetlərini necə müəyyənləşdirdiyini nümayiş etdirir.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo" nəşri yazıb.
Bildirilib ki, nəşr Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı görüşün hər iki ölkənin iqtisadiyyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edən ABŞ-Çin münasibətlərini sabitləşdirmək cəhdi olduğunu qeyd edib. Lakin Putinin gözlənilən səfəri tamamilə fərqli məqamlardan xəbər verir.
Məlumata görə, məqalədə ABŞ ilə görünən taktiki yaxınlaşmaya baxmayaraq, Rusiya ilə uzunmüddətli strateji ittifaqın Çinin xarici siyasətinin ən aşkar və mərkəzi sütunlarından biri olaraq qaldığı vurğulanıb.
Müəllif diqqəti ona yönəldib ki, Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda, Çin Rusiyadan neft və qaz alışını artırır, ikitərəfli ticarəti genişləndirir, həmçinin əməkdaşlıq üçün maliyyə və texnoloji imkanlar təklif edir.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 19-20-də Çinə səfər edəcək.
Qiymət Mahir
tag: Rusiya ,Vladimir Putin,Tramp,Çin,TodayPress TV,
