Trampdan ŞOK AÇIQLAMA: "Əslində atəşkəs istəmirdim, sadəcə o ölkəyə lütf etdim..."

Dünya

16.05.2026 15:38

İrana qarşı müharibə yalnız qismən başa çatıb, buna görə də ABŞ bu işi sona qədər çatdıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlana verib. Ağ Ev müvafiq kadrları "YouTube" platformasında yayımlayıb.

"Hərbi baxımdan biz işin təxminən %70-%75-ni bitirmişik. Hər bir şeyi sona qədər çatdırmamışıq. Biz geri qayıdıb bunu tamamlayacağıq", — deyə o bildirib.

Məlumata görə, Tramp "The New York Times" qəzetinin İranın raket qurğularının böyük bir hissəsini qoruyub saxlaması barədə yaydığı məlumatı təsdiqləməyib və bu xəbəri feyk adlandırıb.

"Raket buraxılış qurğularının təxminən %80-i məhv edilib", — deyə ABŞ prezidenti əminliklə vurğulayıb.

ABŞ Prezidenti, həmçinin qeyd edib ki, İranda uranın zənginləşdirilməsinə qoyulacaq moratorium üçün 20 illik müddəti kifayət hesab edir.

"Lakin onların tərəfindən verilən zəmanətin səviyyəsi qeyri-kafidir. Başqa sözlə, bu, həqiqi 20 il olmalıdır. Biz digər ölkələrin xahişi ilə həqiqətən də atəşkəs elan etdik. Əslində mən bunu dəstəkləməzdim, lakin biz bunu Pakistana bir lütf olaraq etdik, onlar gözəl insanlardır", — deyə ABŞ prezidenti bildirib.

Qiymət Mahir

tag: ,