Trampdan Pakistana tam dəstək: "Onlar möhtəşəm iş görürlər"

Dünya

13.05.2026 00:19

ABŞ Prezidenti Donald Tramp İranla dialoqda Pakistanın başqa bir vasitəçi ilə əvəz edilməsinin zəruriliyi barədə ölkəsində səslənən iddiaları rədd edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Çinə dövlət səfərinə yola düşməzdən əvvəl Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbətində danışıb.

"Xeyr. Onlar möhtəşəmdirlər. Pakistanlılar əla fəaliyyət göstərirlər. Pakistanın feldmarşalı və Baş naziri tamamilə mükəmməl işləyirlər", - deyə ABŞ Prezidenti İranla danışıqlarda pakistanlıların əvəzinə başqa vasitəçilərin seçilməsi imkanını nəzərdən keçirib-keçirmədiyi barədə suala cavab verərkən deyib.

Qeyd edək ki, Amerika lideri Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir və Baş nazir Şahbaz Şərifi nəzərdə tutub.

Aysel Mətləb

TodayPress TV

tag: Tramp,Pakistan,İran,Danışıq,TodayPress TV,