Tramp: "Ukrayna artıq prezident seçkisinə getməlidir"

Tramp: "Ukrayna artıq prezident seçkisinə getməlidir"
09.12.2025 16:01 Dünya

Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Politico”ya bildirib.

“Çox vaxt keçib. Hər şey o qədər də yaxşı deyil. Düşünürəm ki, indi seçkiləri keçirmək üçün ən doğru vaxtdır. Onlar seçkiləri keçirməmək üçün müharibədən istifadə edirlər, amma mən hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır”, - Tramp vurğulayıb.

ABŞ lideri onu da bildirib ki, Zelenski özünü toparlamalı və ABŞ-nin təkliflərini qəbul etməyə başlamalıdır.

Onun sözlərinə görə, Avropa Ukrayna münaqişəsini həll etməkdə çətinlik çəkir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər