Tramp Rusiyaya səfər edə bilər? - lider ehtimallardan danışdı

Tramp Rusiyaya səfər edə bilər? - lider ehtimallardan danışdı
12.05.2026 23:26 Dünya

ABŞ Prezidenti Donald Tramp cari il ərzində Rusiyaya səfər edə biləcəyini istisna etməyib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Çinə yola düşməzdən əvvəl Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Bu baş verə bilər. Mən Ukraynadakı böhranın nizamlanması üçün lazım olan hər şeyi edəcəyəm", - deyə o, ilin sonuna qədər Rusiyaya səfər etmək ehtimalı barədə suala cavab verib.

Amerika lideri hesab edir ki, onlar Rusiya və Ukrayna arasında nizamlanmaya nail olacaqlar. Tramp, artıq səkkiz münaqişənin həllinə nail olduğunu da əlavə edib.

ABŞ Prezidentinin fikrincə, Ukraynadakı münaqişənin nizamlanması getdikcə yaxınlaşır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər