Tramp benzinin ucuzlaşacağı tarixi AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İrana nüvə silahı əldə etməyə imkan verilməsi ilə yanacağın qiymətlərinin aşağı salınması arasında seçimlə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, Tramp insanların İranın nüvə silahına sahib olmasını istəmədiyini bildirib.
“Əgər insanlar benzinin qiymətinin aşağı salınması ilə İrana nüvə silahı əldə etməyə imkan verilməsi arasında səs versəydilər, bu, böyük fərqlə qələbə olardı. İnsanlar İranın nüvə silahına sahib olmasını istəmirlər”, – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti müharibənin tezliklə başa çatacağını və bundan sonra benzinin qiymətinin əvvəlki səviyyəyə, hətta daha aşağı həddə düşə biləcəyini söyləyib.
Kübra Musayeva