Putin Avropaya SON SÖZÜNÜ dedi: "Başqa yol yoxdur!"
"Moskva Avropa ilə savaş axtarmır, amma Avropa Rusiyanın təhlükəsizliyini təhdid etmək qərarı verərsə biz cavab vermək məcburiyyətində qalacağıq".
TodayPress TV xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin deyib.
Liderin fikrincə, Avropa liderləri sadəcə iqtisadi və sosial siyasətdəki səhvləri pərdələməklə sürətlə aşağı düşən reytinqlərini xilas etməyə çalışırlar.
"Lakin bu, əslində işə yaramır. Heç bir faydası olmur. Moskvanın Avropaya qarşı heç bir təcavüzkar niyyəti yoxdur. Gəlin sülh içində yaşayaq. Əks təqdirdə, cavab verməli olacağıq. Başqa yol yoxdur. Nüvə triadası Rusiyanın suverenliyinin təminatı olaraq qalır", - deyə dövlət başçısı əlavə edib.
Aysel Mətləb