İstiliyi keçirməyən möcüzəvi material - Çin və ABŞ alimlərindən ixtira!
Çin və ABŞ-dən olan alimlər təbiətdəki perovskit mineralının analoqu əsasında istiliyi rekord dərəcədə az keçirən və yüksək möhkəmliyə malik yeni material hazırlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Şimali Karolina Dövlət Universitetinin (NCSU) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, material istilik keçirmə qabiliyyətinin son dərəcə aşağı olması ilə yanaşı, mexaniki baxımdan da möhkəmdir. Alimlər onun əsasında hazırlanan nazik örtüklərin qızdırıcı cihazlarda, elektronikada və kosmik texnikada istifadə oluna biləcəyini bildiriblər.
Tədqiqatçılar materialın xüsusi quruluşunun istilik enerjisini daşıyan atom və molekul titrəyişlərini zəiflətdiyini qeyd ediblər. Bu xüsusiyyət yeni materialı mövcud istilik izolyatorlarından fərqləndirir.
Aysel Mətləb