Danimarka geri çəkildi? ABŞ-nin Qrenlandiyada “əli” daha da güclənir

Danimarka geri çəkildi? ABŞ-nin Qrenlandiyada “əli” daha da güclənir
19.09.2026 01:37 Dünya

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın statusu ilə bağlı Danimarka və ada ilə razılaşma əldə edildiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Trampın sözlərinə görə, razılaşma çərçivəsində Qrenlandiya Danimarkanın suverenliyi altında qalacaq, lakin ABŞ-yə adanın təhlükəsizliyi ilə bağlı daimi səlahiyyətlər veriləcək.

Tramp razılaşmanı “sonsuz müddətli” sənəd kimi xarakterizə edib. O bildirib ki, ABŞ Qrenlandiyanın və özünün müdafiəsi üçün zəruri hesab etdiyi tədbirləri görmək imkanına malik olacaq.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonun razılığı olmadan heç bir rəqib dövlətə Qrenlandiyada hərbi mövcudluq yaratmağa, baza fəaliyyəti həyata keçirməyə və ya həssas investisiyalar yatırmağa icazə verilməyəcək.

Tramp həmçinin razılaşmanın ABŞ üçün “heç bir xərcə” başa gəlməyəcəyini deyib. Onun sözlərinə görə, Vaşinqton Qrenlandiyada hərbi mövcudluğunu genişləndirmək istiqamətində işlərə başlayacaq və tikinti və inkişaf layihələrində yerli əhali ilə əməkdaşlıq edəcək.

Tramp razılaşmanı “tarixi” adlandıraraq, bunun ABŞ üçün “gerçəkləşən bir arzu” olduğunu bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər