Cənubi Afrikanın vitse-prezidenti iki aydan sonra insan içinə çıxdı

Cənubi Afrikanın vitse-prezidenti iki aydan sonra insan içinə çıxdı
18.09.2026 22:27 Dünya

Cənubi Afrika Respublikasının (CAR) vitse-prezidenti Pol Maşatile əməliyyat olunduqdan sonra iki ay ərzində ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

TodayPress TV xəbər verir ki, Maşatile ölkənin keçmiş Prezidenti Tabo Mbeki ilə görüşünün fotosunu "X" sosial şəbəkəsində paylaşıb.

Vitse-prezident Yohannesburqdakı evində çəkilmiş fotoya "Vəzifəmin icrasına qayıtmağı səbirsizliklə gözləyirəm" sözlərini əlavə edib. Maşatile səhhətinin tədricən yaxşılaşdığını bildirib.

CAR Prezidentinin administrasiyasından vurğulanıb ki, onun ictimai fəaliyyətə tam qayıtma müddəti və tempi həkimlərin tövsiyələri ilə müəyyən ediləcək.

Qeyd edək ki, Maşatile sonuncu dəfə iyulun 18-də Kvazulu-Natal əyalətinə işgüzar səfəri zamanı ictimaiyyət arasında görünüb.

Aysel Mətləb

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər