İranla müharibədə neçə amerikalı ölüb? - Hərə bir söz deyir…

İranla müharibədə neçə amerikalı ölüb? - Hərə bir söz deyir…
18.09.2026 23:47 Dünya

ABŞ-nin İrana qarşı müharibədə itkilərinin Pentaqonun açıqladığı rəqəmdən çox olduğu iddia edilir.

TodayPress TV xəbər verir ki, “The Washington Post”un ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, İranla davam edən müharibə fonunda Yaxın Şərqdə 22-dən çox amerikalı hərbçi həlak olub.

Nəşrə danışan altı ABŞ rəsmisindən beşi ölən hərbçilərin sayının ən azı 22 nəfər olduğunu bildirib. Altıncı rəsmi isə fevralın 28-dən bu yana 23 amerikalı hərbçinin öldüyünü deyib.

Bununla yanaşı, Pentaqonun açıq “Defense Casualty Analysis System” bazasında hazırda 18 hərbçinin ölümü göstərilir.

“The Washington Post” qeyd edir ki, ictimaiyyətə açıqlanmayan ölümlərin kimliyinə, eləcə də onların nə zaman, harada və hansı şəraitdə həlak olduğuna dair məlumatlar tam aydın deyil.

Məlumata görə, Pentaqon rəqəmlər arasındakı uyğunsuzluqla bağlı sualları cavablandırmaqdan imtina edib.

Nəşrin danışdığı rəsmilərdən biri əlavə olaraq Yaxın Şərqdə yerləşən üç ABŞ podratçısının da hərbi əməliyyatlar başlayandan sonra öldüyünü bildirib.

Qeyd edək ki, “The Washington Post” daha əvvəl də Pentaqonun itkilərlə bağlı məlumat bazasında uyğunsuzluqlar olduğunu yazıb. İyul ayında dörd hərbçinin ölümü əvvəlcə rəsmi bazadan çıxarılmış, daha sonra isə başqa kateqoriya altında yenidən sistemə daxil edilmişdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər