Kişi həyat yoldaşını autizmli uşağının gözü qarşısında döydü - VİDEO
Bakıda kişi həyat yoldaşını marketdə döyüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilir ki, hadisə qadının autizmli övladının gözləri qarşısında baş verib. Onun bu nikahdan 3 uşağı var.
Mehriban Zeynalova qadının hazırda təhlükə altında olduğunu və hadisə ilə bağlı ən ciddi narahatlığın zorakılıqda ittiham olunan şəxsin hələ də azadlıqda olması olduğunu qeyd edib.
Qeyd edək ki, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.