Delsi Maduro ilə görüşmək istəyir, ABŞ isə...

Delsi Maduro ilə görüşmək istəyir, ABŞ isə...
18.09.2026 21:10 Dünya

Venesuela Prezidenti Delsi Rodriges ABŞ-də həbsdə olan sabiq Prezident Nikolas Maduronu əvvəlcədən icazə almaq şərtilə ziyarət edə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Federal Həbsxanalar Bürosu məlumat yayıb.

“Xarici vəzifəli şəxslərə büro tərəfindən nəzarətdə saxlanılan məhbusu ziyarət etməyə icazə verilə bilər. Bunun üçün onlar mövcud ziyarət qaydalarına əməl etməli və əvvəlcədən müvafiq icazə almalıdırlar” - deyə məlumatda bildirilib.

Bununla belə, qurum konkret məhbuslar və ya ayrı-ayrı ziyarətlərin mümkünlüyü ilə bağlı məsələləri şərh etmədiyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada əməliyyat keçirib. Əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı xüsusi təyinatlı “Delta” dəstəsi tərəfindən saxlanılaraq ABŞ-yə aparılıb.

Maduronun saxlanılmasından sonra dövlət başçısının səlahiyyətlərini vitse-prezident Delsi Rodriges icra etməyə başlayıb.

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər