BMT-nin köməyi də bu adaya çatmır... Kubada nə baş verir?

BMT-nin köməyi də bu adaya çatmır... Kubada nə baş verir?
19.09.2026 00:26 Dünya

ABŞ hakimiyyəti, BMT-nin müxtəlif qurumları tərəfindən satın alınan onlarla konteyner yardım da daxil olmaqla, Kubaya yüklərin daxil olmasına mane olur.

TodayPress TV xəbər verir ki, bu barədə Karib respublikasının xarici işlər naziri Bruno Rodriges Parilya məlumat verib.

"ABŞ hökumətinin beynəlxalq gəmiçilik şirkətlərinə qarşı tətbiq etdiyi Məcburi tədbirlər, təzyiq və şantaj səbəbindən dünyanın müxtəlif limanlarında ilişib qalan və Kuba üçün nəzərdə tutulan yeddi min konteynerin arasında humanitar yardım da var", - deyə nazir bildirib.

Rodriges Parilya ABŞ-nin adaya buraxmadığı yüklər sırasında BMT-nin müxtəlif qurumları tərəfindən satın alınan onlarla konteyner yardımın olduğunu qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər