Qrossi XƏBƏRDARLIQ ETDİ: "Nüvə obyektlərinə edilən hücumlar..."

Qrossi XƏBƏRDARLIQ ETDİ: "Nüvə obyektlərinə edilən hücumlar..."
18.09.2026 22:02 Dünya

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi nüvə obyektlərinə edilən hücumların qəbuledilməz olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə AEBA-nın mətbuat xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, 17 sentyabr səhər saatlarında Kursk Atom Elektrik Stansiyasının enerji bloklarından birinin soyutma qülləsinə pilotsuz uçuş aparatı ilə hücum edilib.

Qrossi bildirib ki, nüvə obyektlərinə edilən istənilən hücum nüvə, eləcə də fiziki nüvə təhlükəsizliyinə təhdid yarada bilər:

“Bütün nüvə obyektlərinə hücumlar qəbuledilməzdir. Belə hücumlar onların harada baş verməsindən asılı olmayaraq, nüvə və fiziki nüvə təhlükəsizliyini təhdid altına qoya bilər”.

XƏBƏR LENTİ
18 SENTYABR 2026
Bütün Xəbərlər