Köməyə gedən xilasedicilər də zərbənin hədəfi oldular - VİDEO
Odessada Rusiya ordusunun hücumu nəticəsində 10 nəfər yaralanıb. Onların arasında iki xilasedicinin də olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, hücum nəticəsində şəhərdəki 11 mərtəbəli inzibati binaya zərər dəyib. İlkin zərbə zamanı insanlar sığınacaqlara yerləşdirilib və bunun daha ağır nəticələrin qarşısını aldığı bildirilib.
Xilasedicilər və digər təcili yardım xidmətləri hadisə yerində işlədiyi vaxt əraziyə ikinci zərbə endirilib.
Hadisə ilə bağlı yaralıların vəziyyəti və dəymiş ziyanın həcmi dəqiqləşdirilir.
Kübra Musayeva