300 min rusiyalı silah altına atılacaq? Kreml CAVABLADI
Rusiya bu ilin sonuna qədər daha 300 min nəfərin gizli səfərbərliyə cəlb edilməsini planlaşdırmır.
TodayPress TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov bu açıqlamanı “Bloomberg”in Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdən sonra gizli səfərbərliyə hazırlıq görüldüyü barədə yaydığı məlumatı şərh edərkən səsləndirib.
O, Rusiyanın ilin sonuna qədər əlavə 300 min nəfəri gizli şəkildə səfərbər etməyi planlaşdırdığı barədə iddiaları təkzib edib.
Kübra Musayeva