Rusiyanın hücumlarından sonra Polşa təcili hərəkətə keçdi
Polşa ordusu ölkənin şərq hissəsində hava hücumundan müdafiə və radar sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.
TodayPress TV xəbər verir ki, qərar Rusiyanın Ukraynaya növbəti hava hücumları fonunda qəbul edilib. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatına görə, ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə hərbi aviasiya da fəaliyyətə cəlb olunub.
Xüsusilə Ukrayna sərhədinə yaxın ərazilərdə yerləşən hava hücumundan müdafiə sistemləri və radar kəşfiyyatı hazırlıq vəziyyətinə gətirilib.
Polşa tərəfi bildirib ki, tədbirlər preventiv xarakter daşıyır. Həmin müddətdə ölkənin hava məkanının pozulması qeydə alınmayıb və vəziyyətin sabitləşməsindən sonra hərbi təyyarələr bazaya qayıdıb.
Kübra Musayeva