İran F-35 “ovu”na başlayır
İranda F-35 və F-15 qırıcılarının vurulması ilə bağlı sərt açıqlama verilib.
TodayPress TV xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf deyib.
Qalibaf bildirib ki, F-35 və F-15-lərin izlənilərək vurulacağı və daha sonra onların “zədələnmiş” kimi təqdim ediləcəyi dövr artıq başlayıb.
“Bir vaxtlar əsl kabus olan şey indi gündəlik reallığa çevrilib. Buna alışın”, – deyə Qalibaf qeyd edib.
Kübra Musayeva