Əməkdar artist vəfat etdi - SON DƏQİQƏ
Azərbaycanın Əməkdar artisti, tanınmış diktor Sevda Saleh Məmmədzadə vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"a mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, 95 yaşlı veteran diktor sentyabrın 18-da müalicə aldığı Nizami Tibb Mərkəzində dünyasını dəyişib.
Qeyd edək ki, uzun illər Azərbaycan Radiosunda çalışmış Sevda Saleh sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilmişdi.