İranla müharibə baha başa gəldi: 43,6 MİLYARD!!

İranla müharibə baha başa gəldi: 43,6 MİLYARD!!
18.09.2026 22:51 Dünya

İranla münaqişənin ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəldiyi açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Punchbowl News" portalı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən məlumat yayıb.

Məlumata görə, xərclərin 11,2 milyard dolları hərbi əməliyyatların keçirilməsinə, 28,1 milyard dolları sursat ehtiyatlarının bərpasına, 4,3 milyard dolları isə itirilmiş texnikanın əvəzlənməsinə sərf edilib.

Xatırladaq ki, Konqresin Büdcə İdarəsi İranla münaqişənin ABŞ-yə ayda 2-3 milyard dollara başa gələcəyini bildirmişdi. Məlumata görə, müharibənin ilk beş ayında artıq 38 milyard dollar xərclənib.

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər