Tramp CNN və “Politico”ya Ağ Evin qapısından içəri girməyi qadağan etdi
ABŞ Prezidenti Donald Tramp CNN, MS NOW telekanalları və “Politico” nəşrinin Ağ Evə girişini qadağan etdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp bu qərarın səbəbi kimi həmin media qurumlarının onun “saxta xəbərlər” hesab etdiyi məlumatları yaymasını göstərib.
“Qürurla bildirirəm ki, bu andan etibarən saxta xəbərlərlə bağlı davamlı ‘reportajlarına’ görə CNN, MS NOW və “Politico”nun Ağ Evə girişini qadağan edirəm”, – Tramp bildirib.
ABŞ prezidenti həmçinin “Politico”nu Co Bayden administrasiyası dövründə 8 milyon dollar dəyərində dövlət müqaviləsi çərçivəsində abunə əldə etməkdə ittiham edib.
Tramp əlavə edib ki, digər media qurumlarına qarşı da oxşar məhdudiyyətlər tətbiq oluna bilər.
Qeyd edək ki, Ağ Ev daha əvvəl də CNN-in yayımlarını tənqid edib və telekanalı yanlış məlumat yaymaqda ittiham edib.
Kübra Musayeva