Rusiya Avropanı hədələdi: “Ora hədəfdir!”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya hərbi dəstək verən Qərb ölkələri ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, Zaxarova bildirib ki, Rusiyaya hərbi təhlükənin gəldiyi istənilən məkan Moskva üçün qanuni hərbi hədəf hesab olunur.
Onun sözlərinə görə, hazırda Ukraynaya uzaqmənzilli zərbə silahları ötürülür və bu silahlardan Rusiyanın ərazisinə zərbələr endirmək üçün istifadə edilir.
Zaxarova həmçinin NATO ölkələrinin Ukraynaya öz ərazilərini, hava və dəniz məkanlarını hərbi fəaliyyət üçün təqdim etdiyini bildirib. Diplomat qeyd edib ki, Ukrayna ilə Qərb ölkələri arasında birgə silah istehsalı yaradılır və bu müəssisələr həm Ukraynada, həm də Qərb ölkələrində yerləşdirilir.
“Rusiyaya hərbi təhlükənin gəldiyi istənilən məkan bizim üçün qanuni hərbi hədəfdir”, – deyə Zaxarova vurğulayıb.
Kübra Musayeva