ABŞ-nin müttəfiqlərinə pis xəbər: Raketlər gecikəcək

ABŞ-nin müttəfiqlərinə pis xəbər: Raketlər gecikəcək
19.09.2026 01:39 Dünya

ABŞ-nin İran müharibəsində raket və digər sursatlardan intensiv istifadə etməsi müttəfiqlərə silah tədarükündə ciddi gecikmələrə səbəb ola bilər.

TodayPress TV xəbər verir ki, Bloomberg-in məlumatına görə, ABŞ müttəfiqlərinə bəzi raketlərin çatdırılmasının beş ilədək gecikə biləcəyi barədə xəbərdarlıq edib.

Vaşinqton İranla müharibə zamanı tükənən silah-sursat ehtiyatlarını bərpa etməyə çalışır. Bu səbəbdən Almaniya və Şərqi Avropa ölkələrinin sifariş etdiyi silahların tədarükündə gecikmələr gözlənilir.

Ukraynanın Patriot hava hücumundan müdafiə sistemləri və raketləri ilə bağlı müraciətlərinin də ABŞ-nin öz ehtiyatlarını yeniləməsi səylərindən təsirləndiyi bildirilir.

Pentaqonda münaqişənin ABŞ-nin silah-sursat ehtiyatlarında “strateji çatışmazlığı” və istehsalda darboğazları üzə çıxardığı bildirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər