Tramp: “ABŞ-nin Hindistanla ticarət müqaviləsi qüvvədə qalır”
Ali Məhkəmənin bir çox tariflərin qanunsuz olması barədə qərarı ABŞ-Hindistan ticarət müqaviləsinə təsir göstərməyəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
O, Ali Məhkəmənin qərarının Dehli ilə razılaşmaya necə təsir edəcəyi ilə bağlı jurnalistlərin sualına cavab verərkən bildirib ki, heç nə dəyişmir:
“Biz bu razılaşmaya əsasən tarif ödəməyəcəyik, amma Hindistan ödəyəcək".
Xatırladaq ki, daha əvvəl ABŞ Ali Məhkəməsi Trampın 2025-ci ildə çox sayda ölkədən gələn mallara tarif tətbiq etmək qərarının qanunsuz olduğunu elan edib.
Aysel Mətləb