Tailand və Kamboca sərhədində vəziyyət yenidən kəskinləşdi

Dünya

08.12.2025 10:15

Dekabrın 8-də Tailand Kamboca ilə mübahisəli sərhəddə hava hücumlarına başlayıb. Hadisə hər iki ölkənin bir-birini Trampın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasını pozmaqda ittiham etməsindən sonra baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" və "Reuters" məlumat yayıb.

Tailand ordusunun bəyanatında deyilir ki, ən şərqdəki Ubon Ratçathani əyalətinin iki rayonunda baş verən yeni qarşıdurmalarda ən azı bir Tailand əsgəri həlak olub, dördü isə yaralanıb. Bu, Tailand qoşunlarının Kamboca qüvvələri tərəfindən atəşə tutulmasından sonra baş verib.

Bəyanata əsasən, Kamboca qüvvələri atıcı silahlar, pulemyotlar, minaatan və artilleriyadan istifadə etməklə bir neçə sərhəd bölgəsini atəşə tutub.

"Tailand tərəfi indi bir neçə bölgədə hərbi hədəflərə zərbələr endirmək üçün təyyarələrdən istifadə etməyə başlayıb", - deyə nəşr bildirib.

Öz növbəsində Kamboca Müdafiə Nazirliyi iddia edir ki, Tailand qoşunları bir neçə gün davam edən təxribatçı hərəkətlərdən sonra öz qüvvələrinə iki yerdə səhər zərbələri endirib və əlavə edib ki, Kamboca qoşunları heç bir cavab tədbiri görməyib.

Aysel Mətləb

TodayPress TV

tag: Tailand,Kamboca,Sərhəd,Atışma,Todaypress.tv,