Tailand suverenliyi qorumaq üçün özünümüdafiə hərbi əməliyyatlarını təsdiqləyir

Tailand suverenliyi qorumaq üçün özünümüdafiə hərbi əməliyyatlarını təsdiqləyir
08.12.2025 12:07 Dünya

Tailand Kamboca ilə davam edən sərhəd toqquşmalarına cavab olaraq milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün "qanuni özünümüdafiə hüququndan" istifadə edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Tailandın Baş naziri Anutin Çarnvirakul məlumat verib.

O bildirib ki, hərbi əməliyyatlar vəziyyətin şərtlərindən irəli gələn bütün hallarda, döyüş qaydalarına uyğun ehtiyatlılıq və humanitar prinsiplərə riayət edilməklə aparılacaq.

Qeyd edək ki, Tailand və Kambocanın sərhəd bölgələrində döyüşlər şiddətlənib və davam edir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər