Süni intellektin “səhvi” az qala dünyanı müharibəyə sürükləyirdi

Süni intellektin “səhvi” az qala dünyanı müharibəyə sürükləyirdi
19.09.2026 02:00 Dünya

ABŞ ordusu süni intellektin hazırladığı səhv kəşfiyyat məlumatı səbəbindən Çinlə müharibəyə başlamaq təhlükəsi ilə üzləşib.

TodayPress TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, yaz aylarında, ABŞ-İran müharibəsinin qızğın vaxtında hərbi qurumlara Çin gəmisinin Yaxın Şərqdə nüvə proqramı üçün komponentlər daşıdığı barədə kəşfiyyat hesabatı göndərilib.

ABŞ hərbçiləri məlumatı ciddi qəbul edərək gəmiyə minərək yoxlama aparmağa hazırlaşıb. Əməliyyat üçün aviasiya da havaya qaldırılıb.

Lakin əməliyyat başlamazdan əvvəl hesabatın süni intellektdən istifadə edilərək hazırlandığı və çatbotun gəminin yükünü səhv müəyyən etdiyi üzə çıxıb.

Mənbə hesabatı “tamamilə yanlış” adlandırıb və onun az qala müharibəyə səbəb ola biləcəyini bildirib. Belə ki, Çin gəmisinə zərbə endirilməsi ABŞ ilə Çin arasında ciddi hərbi qarşıdurmaya gətirib çıxara bilərdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər