Sikorski: “ABŞ Ukrayna danışıqlarında aparıcı rolunu itirir”
Dünya
14.02.2026 22:30
Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-nin Ukrayna üzrə danışıqlarda aparıcı rolunu itirdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Nazirin sözlərinə görə, Vaşinqton artıq Kiyevə silah tədarükünü demək olar ki, maliyyələşdirmədiyi üçün əvvəlki kimi lider mövqedə çıxış edə bilmir. O bildirib ki, əvvəllər ABŞ hərbi yardımın əsas hissəsini təmin etdiyinə və strateji kəşfiyyat dəstəyi göstərdiyinə görə təbii şəkildə aparıcı rol oynayırdı.
Sikorski qeyd edib ki, ötən il vəziyyət dəyişib və ABŞ-nin xərcləri faktiki olaraq sıfıra enib. Onun fikrincə, münaqişənin nəticələrinin əsas yükünü Avropa daşıdığı üçün danışıqlar masasında iştirak hüququ da məhz Avropaya verilməlidir.
Aysel Mətləb
tag: Sikorski,ABŞ ,Ukrayna,Lider,Todaypress.tv,
