"Sığınacaqlar və marşrutlar öyrənilir" – Gizli sui-qəsd planı açıldı!
"Rusiya kəşfiyyat xidmətləri Ukrayna rəsmilərinə, kəşfiyyat rəsmilərinə və təhlükəsizlik rəsmilərinə qarşı sui-qəsd cəhdləri hazırlayır".
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi Ukrayna rəsmilərinin hərəkət marşrutlarını, gizli sığınacaqlarını, iş qrafiklərini və şəxsi heyətin yerləşdiyi koordinatları öyrənmək üçün geniş casus şəbəkələrindən istifadə edir.
Bu məlumatlar əsasən daxili sızmalar, rəqəmsal izləmə və fiziki müşahidə vasitəsilə toplanır.