Sən saydığını say, gör İran nə sayır...

Dünya

13.05.2026 11:19

İran raket arsenalının 70%-ni qoruyub saxlayıb.

TodayPress TV “New York Times”a istinadən xəbər verir ki, ABŞ-nin zərbələrinə baxmayaraq, İran raket arsenalının təxminən 70%-ni qoruyub saxlayıb.

ABŞ kəşfiyyatının məlumatına görə, Tehran Hörmüz boğazındakı 33 raket obyektindən 30-na və yeraltı hərbi infrastrukturun böyük hissəsinə çıxışı yenidən bərpa edib.

Məlumata görə, Vaşinqton zərərin miqyasını şişirdib və İranın hərbi obyektləri sürətlə bərpa etmək imkanlarını zəif qiymətləndirib.

Donald Tramp isə İran güzəştə getməsə, ABŞ-nin “başladığını tamamlayacağını” bildirib.

Jalə Rövşən 

TodayPress TV

tag: İran, Raket,Hörmüz,Donald Tramp,Todaypress.tv,