Rusiyada hərbi təyyarə qəzaya uğradı: Ekipaj həlak oldu

Rusiyada hərbi təyyarə qəzaya uğradı: Ekipaj həlak oldu
09.12.2025 14:34 Dünya

Rusiya Müdafiə Nazirliyinə məxsus An-22 tipli hərbi nəqliyyat təyyarəsi İvanovsk vilayətində, Uvodsk su anbarı yaxınlığında qəzaya uğrayıb. Göyərtədə olan 7 nəfərlik ekipajın həlak olduğu bildirilir.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, qəza təyyarənin təmirdən sonrakı sınaq uçuşu zamanı baş verib.

Nazirliyin açıqlamasına görə, təyyarə əhalinin olmadığı əraziyə düşüb, hadisə yerinə xilasedici qruplar göndərilib. Ekipaj üzvlərinin taleyi ilə bağlı dəqiq məlumatın müəyyənləşdirilməsi üçün axtarışlar davam edir. Bildirilir ki, qəza yerinə Rusiya Hərbi Kosmik Qüvvələrinin xüsusi komissiyası da yola salınıb və təyyarənin qalıqlarının bir hissəsi sudan tapılıb.

Qeyd edilir ki, An-22 sonuncu dəfə saat 11:00-da rabitəyə çıxıb, bir neçə saat sonra isə Furmansk rayonunda yerə çırpılıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər