Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.
TodayPress TV xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla onun türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar Rusiya XİN-in Qəbullar Evində keçirilir.
Nazirlər əvvəl təkbətək görüşüblər. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.
Lavrov və Fidanın danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılır.