Rubio: “ABŞ Ukrayna danışıqlarında əsas vasitəçidir”

Dünya

16.02.2026 22:00

“ABŞ Ukrayna və Rusiyanı müharibənin başa çatdırılması ilə bağlı danışıqlar masasına əyləşdirə biləcək yeganə ölkədir”. 

TodayPress TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Budapeştdə keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı bunu bacarmayıb və Avropada bunu edə biləcək başqa ölkə yoxdur. Rubio qeyd edib ki, ABŞ heç kimə müharibənin başa çatdırılması ilə bağlı razılaşmanı zorla qəbul etdirmək niyyətində deyil: 

“Biz kimisə istəmədiyi razılaşmanı imzalamağa məcbur etmirik. Sadəcə kömək etmək istəyirik, çünki bu dağıdıcı müharibənin sona çatmalı olduğunu düşünürük”. 

Dövlət katibi əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp müharibəyə son qoymaq üçün böyük miqdarda vaxt və siyasi kapital sərf edib. 

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Ukrayna,Rusiya,Rubio,Todaypress.tv,