Robert Fitso Aİ-yə meydan oxudu: Rusiya ilə nəhəng müqavilə imzalanır!

Dünya

16.05.2026 12:50

Slovakiya Rusiyadan birbaşa xam neft satın almaq imkanlarını araşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə respublikanın Baş naziri Robert Fitso Qandlova şəhərində keçirdiyi və Slovakiyanın TA3 telekanalının canlı yayımladığı mətbuat konfransında bəyan edib.

Bildirilib ki, hazırda Slovakiya üçün neft tədarükünü Bratislavadakı "Slovnaft" neft emalı zavodunun sahibi olan MOL şirkəti həyata keçirir.

Məlumata görə, Robert Fitso Rusiyadan birbaşa neft alışını dövlətin neft nəqliyyat sisteminin operatoru olan "Transpetrol" şirkətinin nümayəndələri ilə müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, bu şirkət Bratislavadakı neft emalı zavodu üçün Rusiyadan enerji resursunun alıcısı qismində çıxış edə bilər.

Baş nazir vurğulayıb ki, Rusiyadan neft idxal edəcək qurum məhz dövlət şirkəti olmalıdır. O, "Transpetrol"un neftin nəqli ilə məşğul olduğunu əsas gətirərək, bu missiyanı yerinə yetirə biləcək ən uyğun təşkilatlardan biri olduğunu qeyd edib.

Qiymət Mahir

tag: Slovakiya , Rusiya,Robert Fitso,Neft,TodayPress TV,