Qırğızların dili dolaşıb: Əhalinin 50 faizi öz dilini bilmir
Qırğızıstan Təhsil Naziri Dogdurgul Kendirbayeva ölkədə təhsilin vəziyyəti ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, nazir ölkədə şagirdlərin 50 faizindən çoxunun qırğız dilində əsas oxu səviyyələrinə çata bilmədiyini deyib.
“Qırğızıstanda şagirdlərin 50%-dən çoxu qırğız dilində əsas oxu səviyyələrinə çata bilmir. Rus dili bir çox məktəblərdə əsas tədris dili olaraq qalır. Biz bunu dəyişdirmək istəmirik”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Qırğızıstanda rəsmi olaraq qırğız dili dövlət dili statusuna malikdir, rus dili isə beynəlxalq ünsiyyət dili kimi qəbul edilir.
Jalə Rövşən