Qeşm adasında PUA HÜCUMU: İran HHM sistemlərini işə saldı
Dünya
18.05.2026 23:56
İranın Fars körfəzindəki Qeşm adasında hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyətə keçməsinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu səbəb olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, HHM qüvvələri "düşmən hədəflərini məhv etmək üçün" aktivləşdirilib. Hadisənin digər təfərrüatları barədə agentlik əlavə məlumat vermir.
Xatırladaq ki, daha əvvəl "Mehr" agentliyi İranın Qeşm adasında HHM sistemlərinin işə düşməsi barədə məlumat yaymışdı.
xxx
İranın hava hücumundan müdafiə (HHM) sistemləri Fars körfəzində yerləşən Qeşm adasında aktivləşdirilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Agentlik hava hücumundan müdafiə qüvvələrinin fəaliyyətə keçməsinin səbəbləri barədə hələlik hər hansı bir məlumat təqdim etməyib.
Aysel Mətləb
tag: İran,Fars ,HHM,Mehr,TodayPress TV,
