Qərbi Saharada BMT missiyası dayanır - Rusiya günahı ABŞ-də gördü
Qərbi Sahara regionunda BMT Missiyasının fəaliyyətinin dayandırılmasına görə bütün məsuliyyət ABŞ-nin və onunla həmrəy olan dövlətlərin üzərinə düşür.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Qərbi Saharada referendumun keçirilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarına dair bəyanatında bildirilib.
“Qərbi Saharada uzun müddət regiondakı vəziyyətə sabitləşdirici təsir göstərən BMT mövcudluğunun dayandırılmasına görə bütün məsuliyyətin ABŞ-nin və onunla həmrəy olan dövlətlərin üzərinə düşdüyünü hesab edirik.
Amerikalı diplomatların Qərbi Saharanın Mərakeşin bir hissəsi kimi tanınmasına dair milli mövqelərini BMT Təhlükəsizlik Şurasında Qərbi Sahara üzrə qeyri-rəsmi kurator səlahiyyətlərindən və “qərəzsiz vasitəçi” funksiyalarından ayıra bilməməsindən məyusuq”, – deyə nazirlik qeyd edib.
Diplomatik qurumun bildirdiyinə görə, Rusiya tərəfi Qərbi Sahara regionundakı vəziyyətin nizamlanması məsələsində kənardan diktə edilən ultimativ qərarları dəstəkləmir.
Bununla yanaşı, Rusiya tərəfi missiyanın fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq, Təhlükəsizlik Şurasının müzakirəsinə onun mandatını heç bir dəyişiklik edilmədən, eləcə də Qərbi Sahara münaqişəsinin nizamlanması parametrləri ilə bağlı heç bir yenilik daxil edilmədən bir il müddətinə uzadacaq alternativ qısa qətnamə layihəsi təqdim edib:
“Təəssüf ki, sənədimizi yalnız Çin və Somali dəstəkləyib, ABŞ əleyhinə çıxış edib, qalan ölkələr isə bitərəq qalıb. Nəticədə təklifimiz qəbul edilməyib”.
Aysel Mətləb