Qazaxıstan Qəzzanın bərpasına vəsait ayıracaq

Qazaxıstan Qəzzanın bərpasına vəsait ayıracaq
19.02.2026 21:04 Dünya

Qazaxıstan Qəzza zolağının bərpası üçün əhəmiyyətli maliyyə vəsaiti ayırmağa hazırdır.  

TodayPress TV xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasında bildirib.  

“İlk addım olaraq, biz dərhal “Sülh Şurası”na əhəmiyyətli maliyyə resurslarını köçürməyə hazırıq. Qazaxıstan, həmçinin geniş təcrübəyə malik beynəlxalq şirkətləri cəlb edərək yenidənqurma və tikinti prosesində iştirak etməkdə maraqlıdır. Əsasən hökumətimiz tərəfindən maliyyələşdirilən proqrama infrastrukturun, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların və digər vacib mülki obyektlərin tikintisi, eləcə də dağıntıların təmizlənməsi daxil edilə bilər”, - deyə o bildirib.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər