Pyatiqorskdakı partlayış nəticəsində yaralananların sayı 6-ya çatıb

Pyatiqorskdakı partlayış nəticəsində yaralananların sayı 6-ya çatıb
16.05.2026 18:18 Dünya

Rusiyanın Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) qaz tankerinin boşaldılması zamanı baş verən partlayış nəticəsində zərər çəkənlərin sayı 6-ya çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Stavropol diyarının başçısı Vladimir Vladimirov "Max" sosial şəbəkəsində bildirib.

"Partlayışda yaralananların sayı altıya çatıb. Daha 4 nəfər tibb müəssisələrinə çatdırılıb", - V.Vladimirov qeyd edib.

Rusiyanın Stavropol diyarı üzrə İstintaq Komitəsi öz növbəsində bildirib ki, insident ilə bağlı cinayət işi açılıb.

Yanğının söndürülməsi üçün 45 nəfər və 15 texnika cəlb edilib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər