Putin Türkmənistana səfər edəcək
Dünya
10.12.2025 14:55
Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Sülh və Etimad ilinə həsr olunmuş Forumda iştirak etmək üçün dekabrın 11–12-də Türkmənistanın paytaxtı Aşqabada səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Forum həmçinin Beynəlxalq Bitərəflik Gününə və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunub.
Qeyd edək ki, Putin dekabrın 4–5-də Hindistana iki günlük dövlət səfəri edib. Səfər çərçivəsində Yeni Dehlidə Rusiya Prezidenti ilə Hindistanın Baş naziri Narendra Modi arasında görüş keçirilib. Görüşdə hərbi, iqtisadi əməkdaşlıq və Ukrayna münaqişəsi də daxil olmaqla bir sıra geosiyasi məsələlər müzakirə olunub. Danışıqlardan sonra tərəflər strateji tərəfdaşlığın inkişafı ilə bağlı birgə bəyanat yayıblar.
Xatırladaq ki, bundan əvvəl Narendra Modi Hindistanla Rusiya arasında vizasız rejim üzərində iş aparıldığını da açıqlayıb.
Jalə Rövşən
tag: Vladimir Putin ,Rusiya,Türkmənistan ,Forum ,Todaypress.tv,
