Pinqvinlərin nəsli kəsilir

Pinqvinlərin nəsli kəsilir
08.12.2025 19:30 Dünya

Cənubi Afrika Respublikasının (CAR) sahillərində balıq sayının kəskin azalması Afrika pinqvinlərinin sürətlə yox olmasına səbəb olur.

TodayPress TV xəbər verir ki, bu barədə CAR-ın Meşəçilik, Balıqçılıq və Ətraf Mühit Nazirliyinin Böyük Britaniyanın Ekseter Universiteti ilə birgə hazırladığı hesabatda yer alıb.

Məlumata görə, son 30 ildə Afrika pinqvinlərinin sayı 95% azalıb. 2004-2011-ci illər arasında isə 60 mindən çox pinqvin aclıqdan ölüb.

Hazırda vəhşi təbiətdə cəmi 20 min Afrika pinqvini qalıb. Mütəxəssislər xəbərdarlıq edir ki, bu sürətlə davam edərsə, pinqvinlər 2036-cı ilə qədər tamamilə məhv ola bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər