Pikap çaya düşdü, ölən və itkin düşənlər var
Çinin cənubundakı Quansi-Çjuan muxtar rayonunda pikapın suya düşməsi nəticəsində azı bir nəfər ölüb, daha doqquz nəfər itkin düşüb.
TodayPress TV xəbər verir ki, qəza mayın 16-da axşam Xuansyan-Maonan muxtar bölgəsindəki su basmış körpüdə baş verib.
Telekanal bildirib ki, pikapda 15 nəfər olub. Beş nəfər xilas olunub, axtarış-xilasetmə işləri davam edir.
Bütün zərərçəkənlərə tibbi yardım göstərilib, qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.