Pezeşkian Cenevrə danışıqları ilə bağlı nikbin danışdı

Pezeşkian Cenevrə danışıqları ilə bağlı nikbin danışdı
25.02.2026 19:45 Dünya

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan nüvə danışıqlarının növbəti mərhələsi üçün yaxşı perspektivlər gördüyünü deyib.

TodayPress TV xəbər verir ki, bu barədə, o, dövlət televiziyasına açıqlamasında bildirib.

Məlumata görə, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında ölkənin nüvə proqramı ətrafında yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə dolayı danışıqların üçüncü raundu keçiriləcək. İranın xarici işlər naziri artıq məsləhətləşmələrdə iştirak etmək üçün İsveçrəyə yola düşüb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər